DÇ-2026: İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq
İdman
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında növbəti oyunlar keçiriləcək.
News24.az xəbər verir ki, H qrupunda İspaniya millisi Kabo Verde ilə üz-üzə gələcək.
Bu görüş saat 20:00-da başlayacaq.
G qrupunda Belçika Misirlə qarşılaşacaq. Bu matçın start fiti saat 23:00-da səsləndiriləcək.
H qrupunun Səudiyyə Ərəbistanı - Uruqvay görüşünə saat 02:00-da, G qrupunun İran - Yeni Zelandiya matçına isə saat 05:00-da start veriləcək.
DÇ-2026
I tur
15 iyun
H qrupu
20:00. İspaniya - Kabo Verde
Baş hakim: Adham Mahadmeh (İordaniya).
Atlanta stadionu
G qrupu
23:00. Belçika - Misir
Baş hakim: Ramon Abatti (Braziliya).
Sietl stadionu
16 iyun
H qrupu
02:00. Səudiyyə Ərəbistanı - Uruqvay
Baş hakim: Mauritsio Mariani (İtaliya).
Mayami stadionu
G qrupu
05:00. İran - Yeni Zelandiya
Baş hakim: Sesar Ramos (Meksika).
Los-Anceles stadionu
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.