DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəldi

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəldi İdman

Futbol üzrə dünya çempionatında İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəlib.

Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar 4:0 hesablı qələbəyə seviniblər.

Qolları Lamin Yamal (11), Mikel Oyarsabal (21, 24) və Həsən əl-Tambakti (49-avtoqol) vurublar.

Qeyd edək ki, bu qrupun digər oyununda saat 02:00-da Uruqvay Kabo Verde ilə qarşılaşacaq.

***

Mikel Oyarzabal 24-cü dəqiqədə dublunu rəsmiləşdirir.

***

21-ci dəqiqədə Mikel Oyarzabal fərqlənir.

***

Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda hesab açılıb.

Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.

11-ci dəqiqədə Lamin Yamal dəqiq zərbə müəllifi olub.

***

Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyunu başlayıb.

News24.az-ın məlumatına görə, H qrupunun II turunun matçı Atlanta stadionunda keçirilir.

Qarşılaşmanı braziliyalı FIFA referisi Rafael Klaus idarə edir.