DÇ-2026: İspaniya və Argentina üz-üzə
İdman
Futbol üzrə 2026 FIFA Dünya Kubokunun final oyununda İspaniya və Argentina ABŞ-nin Nyu-Cersi ştatındakı "New York New Jersey" stadionunda qarşılaşacaq.
News24.az xəbər verir ki, Argentina millisinin kapitanı Lionel Messi bu oyunla futbol tarixində üç Dünya Kuboku finalına kapitan kimi çıxan ilk futbolçu olub.
Komandaların start heyətləri:
Argentina: Emiliano Martines, Montiel, Romero, Lisandro Martines, Taqliafiko, De Paul, Enso Fernandes, Mak Allister, Nikolas Qonsales, Xulian Alvares, Lionel Messi.
İspaniya: Unai Simon, Pedro Porro, Pau Kubarsi, Emerik Laport, Mark Kukurelya, Rodri, Fabian Ruiz, Dani Olmo, Aleks Baena, Mikel Oyarzabal, Lamin Yamal.
Bununla yanaşı, 2026 Dünya Kubokunun qalibi olan komandanın futbolçularına turnuvanın tarixində ilk dəfə çempionluq üzüyü veriləcək.
Mükafatlandırma mərasimində kubok və medallarla yanaşı, qalib komandanın baş məşqçisi və kapitanına simvolik üzük təqdim ediləcək. Fərdiləşdirilmiş 30 çempionluq üzüyü isə daha sonra müəyyən ediləcək tarixdə komanda üzvlərinə çatdırılacaq.
Məlumata görə, üzüyün bir tərəfində FIFA Dünya Kubokunun təsviri, digər tərəfində isə qalib komandanı əks etdirən xüsusi dizayn yer alacaq.