DÇ-2026: İspaniya YARIMFİNALDA

DÇ-2026: İspaniya YARIMFİNALDA İdman

İspaniya Belçika üzərində 2:1 hesabı ilə qələbə çalaraq yarımfinala vəsiqə qazanıb. 

News24.az xəbər verir ki, İspaniya Fransa millisi ilə qarşılaşacaq.

***00:49

İspaniya ikinci qolunu qazanıb.

News24.az xəbər verir ki, 88-ci dəqiqədə Mikel Merinonun qolu komandasını hesabda irəli çıxarıb.

***00:05

Qarşılaşmanın ikinci hissəsi start götürüb. 

***23:51

Komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıb.

***23:40

İspaniya – Belçika qarşılaşmasında hesab bərabərləşdirib.

News24.az xəbər verir ki, 41-ci dəqiqədə Ketelaere Belçikanın hesabına qol yazdırıb.

***23:30

İspaniya hesabda irəli çıxıb.

News24.az xəbər verir ki, qarşılaşmanın ilk qoluna 30-cu dəqiqədə Fabian Kruz imza atıb.

***23:00

Futbol üzrə dünya çempionatının son 1/4 oyunu başlayıb.

News24.az xəbər verir ki, bu mərhələdə İspaniya və Belçika milliləri üz-üzə gəlib.

Matçın qalibi iyulun 14-də Dallasda Fransa yığması ilə qarşılaşacaq.