DÇ-2026: Mərakeş 1/4 FİNALDA
İdman
Mərakeş Kanada üzərində 3:0 hesab ilə qələbə çalaraq 1/4 finala yüksələn ilk komanda olub.
**23:02
Rahimi əsas vaxta əlavə edilmiş dəqiqələrdə (90+8) Mərakeşin hesabına üçüncü qolu yazdırıb.
**22:45
Mərakeş Unahinin dublu ilə qol fərqini 2-yə qaldırır.
News24.az xəbər verir ki, 82-ci dəqiqədə mərakeşli futbolçunun dəqiq zərbəsi rəqib qapısının torunu silkələyib və Mərakeşin hesabına 2-ci qol yazılıb.
**22:13
Mərakeş və Kanada qarşılaşmasında hesab açılıb.
News24.az xəbər verir ki, Mərakeş hesabda irəli çıxıb.
Unahi 50-ci dəqiqədə komandasına ilk qolu qazandırıb.
**22:06
Qarşılaşmanın ikinci hissəsi başlayıb.
**21:53
Qarşılaşmada ilk hissə bitib.
News24.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
**21:00
Futbol üzrə dünya çempionatında növbəti qarşılaşma keçirilir.
News24.az xəbər verir ki, 1/8 mərhələsində Kanada yığması ilə Mərakeş millisi qarşılaşır.