DÇ-2026: Niderland və İsveç milliləri üz-üzə – BEŞİNCİ QOL
İdman
İsveç qarşılaşmada ilk qolunu vurub.
News24.az xəbər verir ki, Entoni Elanqanın 59-cu dəqiqədə rəqib qapısına dəqiq zərbəsi ilə aradakı top fərqi 4-dən 3-ə enib.
**22:15
Komanda yoldaşı Brayn Brobbi kimi Kodi Qakpo da dubla imza atıb.
News24.az xəbər verir ki, Niderlandın dördüncü qolunun müəllifi də məhz Qakpo olub.
Qarşılaşmanın 54-cü dəqiqəsində Niderland top fərqini 4-ə çatdıra bilib.
**22:08
Qarşılaşmanın ikinci hissəsi də Niderlandın qolu ilə başlayıb.
News24.az xəbər verir ki, 47-ci dəqiqədə Kodi Qakponun qolu ilə Niderland və İsveç arasında top fərqi 3-ə çatıb.
**21:16
Niderland top fərqini 2-yə qaldırıb.
News24.az xəbər verir ki, bu dəfə Brayn Brobbi fərqlənib. Belə ki, 17-ci dəqiqədə o, ikinci qolu vurub.
**21:05
Niderland qarşılaşmanın 6-cı dəqiqəsində hesabda irəli çıxıb.
News24.az xəbər verir ki, ilk qola Brayn Brobbi imza atıb.
**21:00
FIFA 2026 Dünya Çempionatında növbəti matç başlayıb.
News24.az xəbər verir ki, Niderland millisi İsveç yığması ilə qarşılaşır.