DÇ-2026-nın 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq

DÇ-2026-nın 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq İdman

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq.

News24.az xəbər verir ki, əvvəlcə Norveç - İngiltərə matçı baş tutacaq.

1/4 finala Argentina və İsveçrə milliləri arasında keçiriləcək qarşılaşma ilə yekun vurulacaq.

Cütün qalibləri yarımfinalda üz-üzə gələcəklər.

DÇ-2026

1/4 final

12 iyul

01:00. Norveç - İngiltərə

Baş hakim: Kleman Türpen (Fransa).

Mayami stadionu

05:00. Argentina - İsveçrə

Baş hakim: Joau Pedru Pineyru (Portuqaliya).

Kanzas stadionu

Qeyd edək ki, 1/4 finalın daha öncə baş tutan ilk iki görüşündə Fransa Mərakeşi (2:0), İspaniya isə Belçikanı (2:1) məğlub edib. Bu oyunlarda qalib gələn komandalar yarımfinalda üz-üzə gələcəklər.