DÇ-2026-nın əsas favoriti dəyişdi - Yeni siyahı
İdman
ESPN idman nəşri bu il keçiriləcək futbol üzrə dünya çempionatının əsas favoritlərinin yenilənmiş reytinq cədvəlini dərc edib.
News24.az xəbər verir ki, bu barədə məlumat nəşrin rəsmi saytında yer alıb.
Məlumata görə, reytinqin əvvəlki variantında vahid lider Fransa milli komandası idisə, hazırda cədvəlin ilk pilləsində İspaniya seçməsi qərarlaşıb.
ESPN-in versiyasına görə, dünya çempionatının favoritlərinin ilk onluğu aşağıdakı kimidir:
1. İspaniya
2. Fransa
3. Argentina
4. İngiltərə
5. Braziliya
6. Portuqaliya
7. Almaniya
8. Niderland
9. Mərakeş
10. Norveç
Xatırladaq ki, DÇ-2026 eyni vaxtda üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundial iyunun 11-dən iyulun 19-na qədər davam edəcək. (Qafqazinfo)