İspaniya DÇ-2026-nın qalibi oldu - YENİLƏNDİ 5
İdman
Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyunu başlayıb.
News24.az xəbər verir ki, final matç Nyu-York/Nyu-Cersi stadionunda keçirilir.
Qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.
23:10
Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyununda ilk hissə bitib.
News24.az xəbər verir ki , Nyu-York/Nyu-Cersi stadionunda keçirilən final matçında qapıları qol vurulmayıb.
00:00
Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyununda ikinci hissə başlayıb.
News24.az xəbər verir ki , Nyu-York/Nyu-Cersi stadionunda keçirilən final matçında qapıları qol vurulmayıb - 0:0.
00:24
Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyununda əlavə vaxt başlayıb.
News24.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən final matçında qapılara qol vurulmayıb - 0:0.
Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılır. Əgər burada da qələbə qazanan tərəf olmasa penaltilər seriyasına ehtiyac duyulacaq.
Argentina seçməsi qarşılaşmanı 10 nəfərlə davam etdirir. Enzo Fernandes 90+3-cü dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalanıb.
01:26
Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyununda İspaniya hesabı açdı.
News24.az xəbər verir ki, Ferran Torres 116-cı dəqiqədə qol vurub.
***
01:45
İspaniya futbol üzrə dünya çempionatının finalında Argentinaya qalib gələrək qızıl medallara sahib çıxıb.
News24.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda oynanılan qarşılaşmada ispanlar 1:0 hesablı qələbə qazanıblar.
Qalibiyyət qolu əlavə vaxtda vurulub. 106-cı dəqiqədə Ferran Torres qapını dəqiq nişan alıb.