DÇ-nin final qarşılaşmasını o idarə edəcək
İdman
2026-cı il dünya çempionatının İspaniya – Argentina final qarşılaşmasını idarə edəcək hakim müəyyənləşib.
News24.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyasının (FİFA) qərarına əsasən, həlledici oyunda baş hakim funksiyasını sloveniyalı Slavko Vinçiç yerinə yetirəcək.
Ona həmyerliləri Tomaz Klançnik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim vəzifəsi iordaniyalı Adham Mahadmehə, ehtiyat hakim funksiyası isə digər iordaniyalı referi Mohammad Al-Kalafa həvalə olunub.
Qeyd edək ki, Vinçiç bu dünya çempionatında artıq üç oyunu idarə edib. O, Braziliya – Mərakeş (1:1), İordaniya – Əlcəzair (1:2) qrup mərhələsi matçlarında, eləcə də Meksika – Ekvador (2:0) 1/16 final görüşündə fit çalıb. Sloveniyalı referi həmin qarşılaşmalarda ümumilikdə 7 sarı və 1 qırmızı vərəqə göstərib.
İspaniya ilə Argentina arasında keçiriləcək final oyunu iyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatının İst Raterford şəhərində yerləşən "MetLife" stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 06:00-da (20 iyul) start götürəcək.
Üçüncü yer uğrunda İngiltərə – Fransa matçı isə iyulun 18-də Mayami şəhərində keçiriləcək.