DÇ-2026: Sabah 4 qarşılaşma keçiriləcək
İdman
FIFA 2026 Dünya Kubokunda qrup mərhələsinin həyəcanı sabah daha 4 oyunla davam edəcək.
News24.az xəbər verir ki, oyun gününün diqqətçəkən matçlarında Kolumbiya Konqo Demokratik Respublikası, Bosniya və Herseqovina isə Qətərlə üz-üzə gələcək.
Sabah keçiriləcək oyunlar:
03:00 Panama – Xorvatiya
06:00 Kolumbiya – Konqo Demokratik Respublikası
23:00 İsveçrə – Kanada
23:00 Bosniya və Herseqovina – Qətər