DÇ-də hava böhranı: 1/8 final qarşılaşmasının vaxtı dəyişdirilə bilər
İdman
Beynəlxalq Futbol Federasiyası (FIFA) 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Meksika və İngiltərə yığmaları arasında keçiriləcək oyunun başlama saatını dəyişməyi nəzərdən keçirir.
News24.az xəbər verir ki, qarşılaşma Meksikanın paytaxtı Mexikodakı "Asteka" stadionunda keçirilməlidir. Oyunun Bakı vaxtı ilə iyulun 6-na keçən gecə saat 03:00-da başlaması planlaşdırılıb.
Mənbənin məlumatına görə, bölgədə gözlənilən güclü ildırım və leysan səbəbindən matçın başlanğıcı iyulun 5-i saat 21:00-a çəkilə bilər.
Qeyd olunur ki, bununla bağlı yekun qərar hələ qəbul edilməyib. (BBC)