DÇ: Semenyo matçın ən yaxşısı seçildi
İdman
Qana millisinin futbolçusu Antuan Semenyo FIFA tərəfindən Panama ilə oyunun ən yaxşı oyunçusu seçilib.
News24.az xəbər verir ki, Semenyo Qananın Panama üzərində 1:0 hesablı qələbəsində önəmli rol oynayıb. Matçın yeganə qolunu isə əlavə vaxtın 95-ci dəqiqəsində Kaleb Yirenki vurub.
Bu nəticədən sonra Qana L qrupunda İngiltərə ilə eyni xala sahib olub.