DÇ-2026: Norveç Fildişi Sahilinə qalib gəldi, 1/8 finala yüksəldi
İdman
Norveç qarşılaşmadan qalib ayrılaraq 1/8 finala yüksələn növbəti komanda olub.
**22:45
Qarşılaşmanın 86-cı dəqiqəsində Norveç hesabda yenidən irəli çıxır.
News24.az xəbər verir ki, qolun müəllifi Erlinq Holland olub.
**22:33
Əsas vaxtın sonuna təxminən 15 dəqiqə qalmış Fildişi Sahili hesabı bərabərləşdirməyə nail olub.
News24.az xəbər verir ki, Amad Diallo 74-cü dəqiqədə bərabərlik qolunu vurub.
**21:50
Norveç fasiləyə 1:0 üstünlüklə yollanıb.
**21:39
Norveç hesabı açıb.
News24.az xəbər verir ki, 39-cu dəqiqədə Antonio Nusa komandasına ilk qolu qazandırıb.
Qeyd edək ki, bu, futbolçunun çempionatda ilk qoludur.
**21:00
Futbol üzrə dünya çempionatının 1/16 finalında növbəti qarşılaşma başlayıb.
News24.az xəbər verir ki, Texas ştatının Dallas şəhərində Fildişi Sahili ilə Norveç milliləri qarşılaşır.