DÇ:Türkiyə millisi Paraqvayla üz-üzə gələcək

DÇ:Türkiyə millisi Paraqvayla üz-üzə gələcək İdman

Türkiyə millisi 2026-cı il Dünya Kubokunun D qrupunda ikinci oyununu Paraqvaya qarşı keçirəcək.

News24.az xəbər verir ki, qarşılaşma iyunun 20-də ABŞ-ın San-Xose şəhərində baş tutacaq. Hər iki komanda ilk turda məğlub olduğundan matç qrupdan çıxmaq baxımından böyük əhəmiyyət daşıyır.

Xatırladaq ki, Türkiyə ilk oyunda Avstraliyaya 0:2 hesabı ilə uduzub, Paraqvay isə ABŞ-a 1:4 hesabı ilə məğlub olub.