"Dinamo"nun baş məşqçisi istefa verəcək? - Özü açıqladı
İdman
"Qarabağ bütün imkanlarından istifadə etdi və bu da oyuna təsir göstərdi".
News24.az xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Dinamo Kiyev" oyunundan sonra Ukrayna klubunun baş məşqçisi İqor Kostyuk deyib.
Onun sözlərinə görə, ikinci hissədə imkanları ələ keçirə biliblər:
"Hətta üç qol imkanımız da oldu, lakin oyunçularım bu fürsətlərdən yararlana bilmədi. Bu oyundan sonra istefa verməyimlə bağlı yayılan xəbərlər tamamilə yanlışdır. Komanda ilk dəqiqələrdən daha aqressiv oynayırdı. Çalışırdıq ki, topa daha çox sahib olaq. Rəqibə qarşı olduqca intensiv pressinq tətbiq edirdik".