Dünya Çempionatında kimlər yoxdur? – İtaliya və Polşa ulduzları kənarda qaldı
İdman
2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçiriləcək Dünya Çempionatının (DÇ-2026) iştirakçı siyahısı artıq tam müəyyənləşib.
News24.az xəbər verir ki, futbol dünyasının bəzi tanınmış simaları seçmə mərhələni keçə bilmədikləri üçün ilin ən böyük idman hadisəsindən kənarda qalıblar.
Turnirdə görməyəcəyimiz ulduzlar arasında Canluici Donnarumma (İtaliya), Robert Levandovski (Polşa) və Viktor Osimhen (Nigeriya) kimi məşhur adlar var. Təmsil etdikləri yığma komandalar seçmə mərhələdə uğursuz çıxış etdiyi üçün bu futbolçular mundialı tamaşaçı qismində izləməli olacaqlar.
Digər tərəfdən, karyeralarının son dönəmini yaşayan Lionel Messi və Kriştiano Ronaldo ilə yanaşı, Harri Keyn kimi ulduz hücumçular turnirdə öz ölkələrinin uğuru üçün mübarizə aparacaqlar.