Dünya çempionatının açılış mərasimi başladı
İdman
Futbol üzrə dünya çempionatının açılış mərasimi start götürüb.
News24.az xəbər verir ki, tədbir Meksikanın paytaxtı Mexikoda - mundialın ilk matçının keçiriləcəyi "Asteka" stadionunda təşkil olunub.
Açılış mərasiminin bədii hissəsində dünyaşöhrətli müğənni Şakira, eləcə də David Getta, EJAE, Meqan Covon Rut Pit və Andrea Boçelli kimi musiqiçilər çıxış edəcəklər.
Dünya çempionatına ABŞ, Kanada və Meksika birgə ev sahibliyi etdiyi üçün FIFA digər iki ölkədə də ilk matçlardan öncə açılış mərasimi keçirməyi planlaşdırır.
Qeyd edək ki, futbol üzrə dünya çempionatı bu gün oynanılacaq Meksika-Cənubi Afrika Respublikası oyunu ilə start götürəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mundialda ilk dəfə 48 komanda mübarizə aparacaq. (axar.az)