Dünya çempionu olan qapıçı “Zirə”yə keçdi
İdman
Minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Vəli Qafarov “Zirə”yə keçib.
Bu barədə News24.az-a təcrübəli qapıçı özü məlumat verib.
O, “qartallar”la 1 illik müqavilə imzaladığını bildirib.
Vəli Qafarov son olaraq “Birbaşa”da çıxış edib. O, Azərbaycan yığması ilə dünya və Avropa çempionu olub.