Dünya Kuboku ərəfəsində ABŞ-da viza qalmaqalı
İdman
2026-cı il Dünya Kubokuna günlər qalmış turnirin ev sahibi olan ölkələrindən biri - ABŞ viza prosedurları və təhlükəsizlik yoxlamaları ilə bağlı tənqid olunub.
News24.az-ın məlumatına görə, ABŞ İran milli komandası ilə bağlı viza və yaşayış məhdudiyyətləri səbəbindən təlim-məşq prosesini Meksikada keçirməyə məcbur olub. Bildirilir ki, bəzi federasiya rəsmiləri və məşqçilər hələ də ABŞ vizası ala bilməyiblər.
Eyni zamanda, İraq milli komandasının futbolçusunun Çikaqo hava limanında uzun müddət dindirildiyi, komanda üzvünün telefonunun yoxlanıldığı və bəzi şəxslərin ölkəyə girişinə icazə verilmədiyi iddia olunur.
Bundan başqa, FİFA tərəfindən turnir üçün təyin olunan somalili hakimin də vizasının olmasına baxmayaraq, ABŞ-yə buraxılmadığı bildirilir. FİFA isə məsələ ilə bağlı immiqrasiya qərarlarının ev sahibi ölkələrin səlahiyyətində olduğunu açıqlayıb.
Hadisələr Dünya Kuboku öncəsi təşkilati proseslər və viza qaydaları ilə bağlı müzakirələri daha da gücləndirib.