Döyüşdən əvvəl əlbəyaxa oldular

Döyüşdən əvvəl əlbəyaxa oldular İdman

Rusiyalı MMA döyüşçüsü Arman Tsarukyan və braziliyalı Maurisio Ruffi UFC 331 turniri öncəsi çəkiölçmə mərasimində qarşılaşıblar.

News24.az xəbər verir ki, rəsmi çəkiölçmədən sonra Ruffi əlini açaraq Tsarukyana yaxınlaşıb. Rusiyalı döyüşçü rəqibinin əlindən yayınmağa çalışıb. Bundan sonra braziliyalı idmançı onu itələyib.

Tərəflər arasında qarşıdurma yaranıb və vəziyyət qısa müddətdə əlbəyaxa davaya çevrilib. Münaqişəyə təhlükəsizlik əməkdaşları və UFC prezidenti Dana Uayt müdaxilə edərək idmançıları ayırıblar.

Qeyd edək ki, Tsarukyan və Ruffi Los-Ancelesdə keçiriləcək UFC 331 turnirinin əsas döyüşündə üz-üzə gələcəklər. Gecənin əsas qarşılaşmasında isə UFC-nin yüngül çəki çempionu, ABŞ təmsilçisi Coşua Vanq və keçmiş çempion braziliyalı Aleksandr Pantojla döyüşəcək.