Döyüşdən sonra ilk dəfə üzünü göstərdi
İdman
UFC-nin yarımorta çəki üzrə çempionu İslam Maxaçev İrlandiyalı Yan Maçado Qarri ilə keçirdiyi döyüşdən iki gün sonra sosial şəbəkədə yeni fotosunu paylaşıb.
News24.az xəbər verir ki, 34 yaşlı rusiyalı döyüşçünün üzü qarşılaşmadan sonra diqqət çəkib. Maxaçev avqustun 16-da UFC 330-un əsas döyüşündə Qarri ilə üz-üzə gəlib və beş raund davam edən qarşılaşmada hakimlərin yekdil qərarı ilə qalib gəlib.
Hakimlərin hesabı 49:46, 49:46 və 48:47 olub. Bu qələbə Maxaçev üçün UFC-də ardıcıl 17-ci qələbə olub. Bununla da o, təşkilat tarixində ardıcıl qələbələr üzrə yeni rekord müəyyənləşdirib. Maxaçev bundan əvvəl uzun müddət yüngül çəki divizionunda çıxış edib. Daha sonra yarımorta çəkiyə yüksələrək burada da çempionluq kəmərinə sahib olub.
Qarri isə məğlubiyyətə baxmayaraq, döyüşün son raundlarında rəqibinə ciddi müqavimət göstərib. Maxaçev qarşılaşmadan sonra irlandiyalı döyüşçünün hazırlığını və mübarizəsini yüksək qiymətləndirib.