Dünya çempionatı Azərbaycanda keçiriləcək -

Dünya çempionatı Azərbaycanda keçiriləcək - İdman

Bədii gimnastika üzrə 43-cü Dünya çempionatının 15-19 sentyabr 2027-ci ildə Azərbaycanda keçiriləcək.

Bu barədə News24.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Belə ki, Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının bağlanış mərasimi baş tutub.

Çempionatının bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, Dünya Gimnastikası tərəfindən isə Dünya çempionatının növbəti ev sahibinə, Azərbaycan nümayəndə heyətinə təqdim olunub.