Dünya çempionatı: Ömər Salmanov yarımfinala vəsiqə qazandı
İdman
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ikinci görüşündə də qələbə qazanıb.
News24.az xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda iranlı Esmaeili Leivesi 6:1 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.
Ö.Salmanov 1/8 finalda hindistanlı Avinaş Çetakeni də eyni hesabla üstələmişdi.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.