Dünya çempionatında İLK: FIFA ənənəni dəyişdi

Dünya çempionatında İLK: FIFA ənənəni dəyişdi İdman

Futbol üzrə dünya çempionatının açılış oyununda FIFA-nın tətbiq etdiyi yeni matçöncəsi mərasim diqqət çəkib.

News24.az xəbər verir ki, Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmalarının üzvləri dövlət himnləri səsləndirilərkən əvvəlki illərdən fərqli olaraq meydanın mərkəzində toplaşıblar. Yeni qaydaya əsasən, yalnız start heyətinin deyil, komandaların bütün futbolçuları hakimlərlə birlikdə mərkəz dairəsinin ətrafında yer alıblar.

İndiyədək dünya çempionatlarında və digər beynəlxalq turnirlərdə himnlərin ifası zamanı əsasən start heyətində olan oyunçular sıraya düzülürdü.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundial iyunun 11-də start götürüb və iyulun 19-dək davam edəcək. Bu dəfə turnir tarixində ilk dəfə 48 milli komanda çempionluq uğrunda mübarizə aparır. (TASS)