Dünya çempionatında qalmaqal - Milli komanda itlərlə yoxlanıldı - Video

Dünya çempionatında qalmaqal - Milli komanda itlərlə yoxlanıldı - Video İdman

ABŞ-də keçirilən Futbol üzrə Dünya Çempionatına gələn Uruqvay milli komandası gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə qarşılanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanın qarşılanması zamanı təhlükəsizlik tədbirlərinə kinoloqlar cəlb olunub və ciddi yoxlamalar aparılıb.

Hadisə komandanın olduğu təyyarənin ABŞ hava məkanına daxil olmağa icazə verilməməsindən cəmi bir gün sonra baş verib.

Nəticədə Uruqvay yığması ilk oyunundan əvvəlki gecəni Mexiko şəhərindəki oteldə keçirməyə məcbur olub.

Məlumata görə, ABŞ hava məkanına girişə qoyulan məhdudiyyət səbəbindən komanda planlaşdırıldığı vaxtda ölkəyə daxil ola bilməyib və səfər marşrutunda dəyişiklik etmək məcburiyyətində qalıb.