Dünya Çempionatında yeni qayda - Sarı vərəqələr sıfırlanır

Dünya Çempionatında yeni qayda - Sarı vərəqələr sıfırlanır İdman

FİFA 2026-cı il futbol üzrə Dünya Çempionatında sarı vərəqələrlə bağlı qaydalara dəyişiklik etməyi planlaşdırır. Qurum qrup mərhələsindən, eləcə də 1/4 finaldan sonra bütün sarı vərəqələrin ləğv edilməsini nəzərdə tutur.

News24.az xəbər verir ki, bu addım oyunçuların yığılmış vərəqələrə görə pley-off mərhələsinin vacib oyunlarını buraxmasının qarşısını almağa yönəlib.

ABŞ, Kanada və Meksikada keçiriləcək turnirdə sarı vərəqələrə görə tətbiq olunan cəzalarla bağlı yeni qaydaların bu gün Vankuverdə keçiriləcək FİFA Şurasının iclasında müzakirə olunaraq təsdiqlənməsi gözlənilir.

Əvvəlki dünya çempionatlarında sarı vərəqələr yalnız 1/4 final mərhələsindən sonra sıfırlanırdı. Lakin turnirin 32 komandadan 48 komandaya genişləndirilməsi nəzərə alınaraq FİFA qaydaları dəyişdirməyi planlaşdırır. Bu dəyişiklik diskvalifikasiyaların sayının azalmasına səbəb ola bilər.

Qeyd edək ki, bu cəza sistemi əvvəllər də həddindən artıq sərt hesab olunaraq tez-tez tənqid edilib. /BBC Sport/