Dünya çempionatının ən yaxşı qolu məlum oldu

Dünya çempionatının ən yaxşı qolu məlum oldu İdman

FIFA 2026 Dünya Çempionatının ən yaxşı qolu məlum olub.

News24.az xəbər verir ki, FIFA-nın məlumatına görə, Kabo-Verde millisinin müdafiəçisi Sidni Kabralın Futbol üzrə Dünya Çempionatının 1/16 mərhələsində Argentinanın qapısından keçirdiyi top turnirin ən yaxşı qolu hesab olunub.

Özbəkistan yığmasının üzvü Eldor Şomuradovun vurduğu qol ikinci, Haiti yığmasının hücumçusu Vilson İzidorun qolu isə üçüncü olub.

Xatırladaq ki, bu il ABŞ, Meksika və Kanadada keçirilən dünya kubokunda İspaniya yığması finalda Argentina ilə qarşılaşıb və rəqibini məğlub edərək çempion olub.