Dünya çempionu oldular, milyonlarla dollar vergi ödəyəcəklər

Dünya çempionu oldular, milyonlarla dollar vergi ödəyəcəklər İdman

2026-cı il futbol üzrə dünya çempionu olan İspaniya millisinin futbolçuları aldıqları mükafatın təxminən 30 faizini vergi kimi ödəməli olacaqlar.

News24.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) adətən dünya çempionatına ev sahibliyi edən ölkələrlə milli komandaların vergi güzəştlərindən yararlanması barədə razılıq əldə edir. Lakin ABŞ hakimiyyəti İspaniya millisinin futbolçularını vahid komanda kimi deyil, ABŞ ərazisində gəlir əldə etmiş ayrı-ayrı vergi ödəyiciləri kimi qiymətləndirib.

Nəticədə futbolçular ümumilikdə təxminən 15 milyon dollar məbləğində vergi ödəməli olacaqlar.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilib. Final görüşündə İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. (Fox News)