Dünya Kuboku finalının şousu TƏNQİD EDİLDİ
İdman
İngiltərə millisinin sabiq kapitanı Ueyn Runi 2026-cı il Dünya Kubokunun finalında təşkil olunan fasilə şousunu bəyənmədiyini bildirib.
News24.az xəbər verir ki, Runi Madonna, Şakira və Castin Biber kimi ulduzların çıxış etdiyi proqramın onu əyləndirmədiyini deyərək, musiqi proqramının bitməcəyi anı gözlədiyini etiraf edib.
Qeyd edək ki, builki Dünya Kubokunun finalında tarixdə ilk dəfə "Super Bowl" formatına bənzər fasilə şousu təşkil olunmuşdu.