Dünya Kuboku uğrunda mübarizə: Messi birinci yerdə
İdman
2026 FIFA Dünya Kubokunda Qızıl Top uğrunda mübarizə davam edir.
News24.az xəbər verir ki, "GOAL"ın məlumatına görə, qrup mərhələsinin son turundan sonra ən yaxşı oyunçu adına əsas namizəd Lionel Messi göstərilir.
Argentina millisinin kapitanı Əlcəzairlə oyunda het-trik edib, Avstriya ilə qarşılaşmada isə dubla imza ataraq komandasının uğurlarında həlledici rol oynayıb.
Siyahıda ikinci pillədə Fransa millisinin hücumçusu Kilian Mbappe qərarlaşıb. O, turnirdə vurduğu qollarla komandasını daşıyan əsas futbolçulardan biri olub.
İlk üçlüyü isə Fransa yığmasının digər üzvü Maykl Olise tamamlayır. Onun məhsuldar ötürmələri və təsirli oyunu diqqət çəkib.
İlk onluqda həmçinin Erlinq Haaland, Vinisius Junior, Harri Keyn, Deniz Undav, Aleksandr İsak, Mikel Oyarzabal və Kodi Qakpo da yer alıblar.
Hazırkı mənzərədə Qızıl Topa ən yaxın futbolçu Messi hesab edilsə də, pley-off mərhələsindəki oyunlar sıralamaya ciddi təsir göstərə bilər.