Dünya Kubokunda tarixi matç: 1000-ci oyun keçiriləcək

Dünya Kubokunda tarixi matç: 1000-ci oyun keçiriləcək İdman

FIFA 2026 Dünya Kubokunda turnir tarixinin 1000-ci oyunu keçiriləcək.

News24.az xəbər verir ki, F qrupunda Yaponiya və Tunis yığmaları arasında baş tutacaq qarşılaşma Dünya Kuboku tarixində 1000-ci matç kimi yadda qalacaq. Oyun sabah Monterrey stadionunda keçiriləcək.

FIFA bu qarşılaşmanın futbolun inkişafını və turnirin qlobal xarakterini nümayiş etdirdiyini vurğulayıb.

Tunis millisinin kapitanı Ellyes Skhiri isə Dünya Kuboku tarixinin 1000-ci matçında iştirak etməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını deyib.