Dünya Kubokunda yeni REKORD
İdman
2026-cı il Dünya Kubokunun qrup mərhələsindəki 72 oyunu stadionlardan ümumilikdə 4 milyon 644 min 549 azarkeş izləyib.
News24.az xəbər verir ki, bununla da turnir 1994-cü ildə ABŞ-də keçirilən Dünya Kubokunda qeydə alınan 3,5 milyonluq tamaşaçı rekordunu geridə qoyub.
Kanada, Meksika və ABŞ-nin ev sahibliyi etdiyi qrup mərhələsinin oyunları 16 şəhərdə keçirilib. Stadionların doluluq səviyyəsi 99,7 faiz olub və hər oyuna orta hesabla 64 min 508 azarkeş gəlib.
Turnirin qrup mərhələsini izləmək üçün 210 ölkə və bölgədən azarkeş Kanada, Meksika və ABŞ-yə səfər edib. İyunun 25-də isə bir gündə rekord sayda – 426 min 834 tamaşaçı oyunları stadionlardan izləyib.