Dünya Kubokunun açılış matçının favoriti açıqlandı
İdman
2026-cı il Dünya Kubokunun açılış matçının favoriti açıqlanıb.
News24.az xəbər verir ki, bukmeykerlər Meksikanı 2026-cı il Dünya Kubokunun açılış oyununda Cənubi Afrikaya qarşı qalib gəlmək üçün favorit hesab edirlər. Hər iki komanda A qrupunda Cənubi Koreya və Çexiya ilə oynayacaq.
Oyun iyunun 11-də Mexiko şəhərindəki "Estadio Azteca" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Daha əvvəl bildirilmişdi ki, Meksika paytaxtında təhsil işçiləri əmək haqqının artırılmasını tələb edərək Dünya Kubokunun başlamasından bir gün əvvəl etiraz aksiyası keçiriblər.