Dünya Kubokunun ən dəyərli milliləri açıqlandı

Dünya Kubokunun ən dəyərli milliləri açıqlandı İdman

2026-cı il dünya çempionatı ərəfəsində milli komandaların heyət dəyərləri açıqlanıb.

News24.az xəbər verir ki, Türkiyə yığması 472 milyon avroluq heyət dəyəri ilə dünyanın 14-cü milli komandası hesab olunur.

Siyahıya 1,53 milyard avroluq dəyərlə Fransa başçılıq edir. İlk beşlikdə İngiltərə (1,31 milyard avro), İspaniya (1,26 milyard avro), Portuqaliya (1,02 milyard avro) və Almaniya (998 milyon avro) yer alıb.

İlk 15-likdə isə Braziliya, Niderland, Argentina, Norveç, Belçika, Fil Dişi Sahili, Mərakeş və Seneqal kimi yığmalar da qərarlaşıb.

Türkiyə millisi heyət dəyərinə görə Seneqalla eyni göstəriciyə malik olsa da, siyahıda 14-cü pillədə göstərilib.