Dünya Kubokunun final hakimi karyerasını başa vurdu

Dünya Kubokunun final hakimi karyerasını başa vurdu İdman

2026-cı il FIFA Dünya Kubokunun final oyununu idarə edən sloveniyalı hakim Slavko Vinçiç hakimlik karyerasını başa vurduğunu açıqlayıb.

News24.az xəbər verir ki, Argentina və İspaniya arasında keçirilən final görüşündə fit çalan 46 yaşlı referi bildirib ki, bu oyun onun peşəkar hakimlik fəaliyyətində son matç olub.

Vinçiç Dünya Kubokunun finalını idarə edəcəyini öyrəndiyi an böyük emosiyalar yaşadığını və göz yaşlarını saxlaya bilmədiyini də söyləyib.

Qeyd edək ki, Slavko Vinçiç 2024–2025 mövsümündə Türkiyə Super Liqasında keçirilən "Qalatasaray" – "Fənərbağça" derbisini də idarə etmişdi. Həmin qarşılaşma qolsuz bərabərliklə yekunlaşmışdı.