Dünya Kubokunun finalı təxirə salına bilər

Dünya Kubokunun finalı təxirə salına bilər İdman

2026-cı il dünya çempionatının İspaniya ilə Argentina arasında keçiriləcək final oyununun təxirə salınması ehtimalı yaranıb.

News24.az xəbər verir ki, Ole.us nəşrinin məlumatına görə, buna səbəb Kanadada davam edən genişmiqyaslı meşə yanğınlarından yayılan tüstünün ABŞ-ın şimal bölgələrinə qədər çatmasıdır.

Bildirilib ki, tüstü artıq Kanadanın bir sıra şəhərlərini, eləcə də ABŞ-ın bəzi ərazilərini əhatə edib. Çikaqoda havanın keyfiyyətinin pisləşməsi səbəbindən açıq havada keçirilməsi planlaşdırılan tədbirlər və MLS çempionatının "Chicago Fire" – "Vancouver Whitecaps" oyunu ləğv olunub.

Məlumata görə, FİFA-nın hava keyfiyyəti ilə bağlı xüsusi təhlükəsizlik protokolu mövcuddur. Əgər matç günü hava çirkliliyinin insan sağlamlığı üçün təhlükəli səviyyədə olduğu müəyyən edilərsə, final qarşılaşmasının vaxtı dəyişdirilə və ya oyun təxirə salına bilər.

Qeyd edək ki, İspaniya – Argentina finalı iyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatının İst Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçirilməlidir.