Dünyanın aparıcı futbol komandaları 2026/27 formalarını təqdim etdi - FOTOLAR

Dünyanın aparıcı futbol komandaları 2026/27 formalarını təqdim etdi - FOTOLAR İdman

2025/26 mövsümünün başa çatması ilə futbol dünyasında diqqətlər yeni mövsümə yönəlib.

News24.az xəbər verir ki, Avropanın aparıcı klubları 2026/27 mövsümü üçün hazırlanan formalarını təqdim etməyə başlayıblar.

“Çelsi”, “Mançester Yunayted”, “Arsenal”, “Real Madrid”, “Yuventus”, PSJ, “Bavariya”, “Borussiya Dortmund” və “Seltik” kimi klubların yeni formaları artıq futbolsevərlərin diqqətini çəkir.

Nike, Adidas, New Balance və digər idman brendlərinin hazırladığı yeni formalarda həm müasir, həm də retro dizayn elementlərindən istifadə olunub.

Klubların yeni mövsüm formaları futbol azarkeşləri arasında artıq böyük maraq doğurur.