Dünyanın ən yaxşı hücumçusu açıqlandı
İdman
Nüfuzlu ESPN nəşri dünyanın ən yaxşı mərkəz hücumçularının reytinq siyahısını dərc edib.
News24.az xəbər verir ki, siyahıya “Bavariya”nın ingilis bombardiri Harri Keyn başçılıq edir.
Məlumata görə, təcrübəli hücumçu “Qızıl top”un da əsas namizədlərindən biri hesab olunur.
Bundan başqa, cədvəlin ikinci pilləsində “Real Madrid”in hücumçusu Kilian Mbappe qərarlaşıb. Ən yaxşı ilk üçlüyü isə “Mançester Siti”nin norveçli qolçusu Erlinq Haaland tamamlayır.
Dünyanın ən yaxşı 10 mərkəz hücumçusu siyahısında ardıcıllıqla Usman Dembele (PSJ), Xulian Alvares (“Atletiko Madrid”), Lautaro Martines (“İnter”), Kay Haverts (“Arsenal”), Joao Pedro (“Çelsi”), Viktor Osimhen (“Qalatasaray”) və Uqo Ekitike (“Liverpul”) yer alıb.