"Düşündüm ki, "Rekordlar Kitabı"na düşməliyəm" - VİDEO
İdman
Azərbaycanlı stolüstü tennisçi Nihat Məmmədov dünya rekorduna imza atıb.
News24.az xəbər verir ki, Azərbaycan seçmə komandasının üzvü dünən “Şüa İdman Kompleksi”ndə təşkil olunan mərasimdə, topu uzaq məsafədən oyuna daxil etmə üzrə "Ginnes rekordu"nu müəyyənləşdirib. O, bu hərəkəti 17 metr məsafədən uğurla həyata keçirib. Nihad Məmmədovun göstəricisi ASTF tərəfindən müvafiq qurumun baş ofisinə göndərilib. Rəsmi cavab təxminən 4-8 həftədən sonra veriləcək.
Qeyd edək ki, sözügedən rekord (16.70) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.
Daha ətraflı RTV-nin sujetində:
Xanım Cavanşirqızı