Əfran İsmayılov vitse-prezident oldu
İdman
Azərbaycan milli komandasının sabiq üzvü Əfran İsmayılov Premyer Liqaya yeni vəsiqə qazanan “Şəfa”nın vitse-prezidenti vəzifəsinə təyin edilib.
News24.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabları məlumat yayıb.
Qeyd edək ki, Əfran İsmayılov ötən gün “Araz-Naxçıvan”ın məşqçi korpusundan ayrılmışdı.