Əfsanəvi basketbolçunun forması 12 milyona satıldı - Foto

Əfsanəvi basketbolçunun forması 12 milyona satıldı - Foto İdman

Əfsanəvi amerikalı basketbolçu, NBA-nın altıqat çempionu Maykl Cordanın geyindiyi forma hərracda rekord məbləğə satılıb.

News24.az xəbər verir ki, Cordanın 1998-ci ildə geyindiyi forma 12,26 milyon dollara satın alınıb.

Qeyd edək ki, əvvəlki rekord 10,1 milyon dollar təşkil edib.

2022-ci ildə 1998-ci il finalının ilk oyununda Maykl Cordanın geyindiyi forma məhz bu məbləğə satılıb.

Əfsanəvi basketbolçunun forması 12 milyona satıldı - Foto