Əfsanəvi futbolçu vəfat etdi
İdman
"Milan" klubunun və İtaliya milli komandasının əfsanəvi futbolçularından olan Franko Barezi 66 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında açıqlama yayaraq Barezinin vəfatından dərin kədər hissi keçirdiklərini bildirib.
Qeyd edək ki, Barezi peşəkar futbol karyerasına 1977-ci ildə başlayıb və bütün karyerasını fasiləsiz "Milan"da keçirib.
Onun karyerasını başa vurmasından sonra klub 6 nömrəli formasını dövriyyədən çıxarıb.
İtaliyalı müdafiəçi "Milan"ın heyətində 6 dəfə A Seriyasının çempionu, 3 dəfə Avropa Çempion Klublar Kubokunun, 2 dəfə Qitələrarası Kubokun və 4 dəfə İtaliya Superkubokunun qalibi olub.
İtaliya milli komandası ilə isə 1982-ci il FIFA Dünya Kubokunu qazanıb.
1994-cü il FIFA Dünya Kubokunda isə komandanın kapitanı kimi İtaliyanı finala qədər aparıb.