Əfsanəvi futbolçu vəfat etdi

Əfsanəvi futbolçu vəfat etdi İdman

“Vest Hem” və “Kuins Park Reyncers”in sabiq qapıçısı Lyudek Mikloşko 64 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Mikloşko xərçəng xəstəliyindən dünyasını dəyişib.

O, 1990-cı ildə Çexoslovakiyanın “Baník” klubundan “Vest Hem”ə keçib və ilk mövsümündə komandanın yüksək diviziona yüksəlməsinə kömək edib.

Mikloşko 1998-ci ildə klubu tərk edənədək “Vest Hem”in heyətində 373 matçda iştirak edib.

Daha sonra İngiltərənin “Kuins Park Reyncers” klubuna keçib. O, əvvəlcə bu komandada icarə əsasında çıxış edib.

Mikloşko 2001-ci ildə “Kuins Park Reyncers”də futbolçu karyerasını başa vurub.

Daha sonra “Vest Hem”ə qayıdaraq 2010-cu ilədək qapıçılar üzrə məşqçi kimi çalışıb.

Mikloşko 2024-cü ildə xərçəng xəstəliyinin müalicəsindən imtina etdiyini açıqlamışdı.