"Əl-Nəsr"in borcu 187 milyon avronu ötdü

"Əl-Nəsr"in borcu 187 milyon avronu ötdü İdman

Səudiyyə Ərəbistanı çempionu olan və portuqaliyalı hücumçu Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubunun borcu 800 milyon rialı (187 milyon avrodan çox) ötüb.

News24.az xəbər verir ki, kluba sahib olan Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu maliyyə böhranından çıxış yollarını nəzərdən keçirir. Bununla yanaşı, fond "Əl-Nəsr"in satışı ilə bağlı iki təklifi də qiymətləndirir.

Bundan əvvəl "Arriyadiyah" klubun maliyyə çətinlikləri yaşadığını, bəzi futbolçuların iyun ayı maaşlarını tam ala bilmədiyini yazmışdı.

"Əl-Nəsr" ötən mövsüm 2019-cu ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanı çempionu olub.