“Çelsi”də böhran dərinləşir: zədələr və ardıcıl məğlubiyyətlər

“Çelsi”də böhran dərinləşir: zədələr və ardıcıl məğlubiyyətlər İdman

“Çelsi”də nəticəsiz oyunlardan sonra vəziyyət daha da gərginləşib.

News24.az-ın məlumatına görə, müdafiəçi Mark Kukurellanın bərbəri sosial şəbəkədə paylaşım edərək komandanın iki futbolçusunun zədələndiyini iddia edib. Həmin paylaşımda Koul Palmer və Joao Pedronun oyunda iştirak etməyəcəyi qeyd olunub. Daha sonra bu məlumat təsdiqlənib.

Paylaşım qısa müddət sonra silinib. Hadisə klub daxilində narazılığa səbəb olub.

“Çelsi” son matçlarda ardıcıl məğlubiyyətlər alaraq qol vurmadan oyunlar seriyası yaşayıb.