Elvin Cəfərquliyev: “Harada sona çatacağını vallah bilmirəm” - Video
İdman
“Meydana çıxanda yalnız qələbə barədə düşünürük”.
News24.az xəbər verir ki, bunu “Qarabağ” klubunun futbolçusu Elvin Cəfərquliyev komandasının qələbəsindən sonra “TRT Sport”-a açıqlamasında deyib.
"Bütün türk xalqını, bütün qardaşlarımızı salamlayıram. Şükürlər olsun ki, bu oyunu da qazandıq. Harada sona çatacaq, vallah, bilmirəm. Biz sizləri çox sevirik. Biz birik"-, deyə Cəfərquliyev bildirib.
Xatırladaq ki, ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ” Danimarkanın “Kopenhagen” klubunu 2:0 hesabı ilə məğlub edib.