Elvinin tədbirə dəvət olunmamasının səbəbi bu imiş

Elvinin tədbirə dəvət olunmamasının səbəbi bu imiş İdman

Xəbər verdiyimiz kimi, “Qarabağ” klubunun rəhbərliyi ötən gecə məşqçi heyəti və komanda üzvləri ilə görüş keçirib. Lakin Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyev görüşə dəvət olunmayıb. Bu da sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı News24.az-a açıqlama verən Kommunikasiya Departamentinin rəhbəri Anar Hacıyev bildirib ki, Elvin Cəfərquliyev hazırda əvəzedici heyətdədir: "Elvin hazırda əvəzedici heyətdə məşq edir. Tədbirdə isə əsas heyətdə olan futbolçular yer alıb. Elvin Cəfərquliyev əvəzedici heyətdə olduğu üçün tədbirə dəvət almayıb".