Elvin Cəfərquliyev “Neftçi”yə keçir?
İdman
Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyevin gələcək karyerası ətrafında müzakirələr davam edir.
News24.az-ın məlumatına görə, son günlər yayılan iddialara əsasən, "Neftçi" futbol klubu oyunçu ilə yaxından maraqlanır və artıq ilkin təmasların qurulduğu bildirilir.
Məlumata əsasən, sol cinah müdafiəçisi mövqeyində çıxış edən Cəfərquliyevin transfer dəyəri təxminən 500-600 min avro civarında qiymətləndirilir. “Neftçi”nin hazırda məhz bu mövqe üçün alternativləri nəzərdən keçirdiyi və siyahıda Elvinin də yer aldığı vurğulanır.
Bildirildiyinə görə, futbolçu ölkə daxilində qalacağı təqdirdə “Neftçi” variantına üstünlük verə bilər. Bununla yanaşı, onun legioner həyatı yaşamaq ehtimalı da gündəmdədir və xarici klublardan təkliflərin olub-olmadığı hələlik dəqiq deyil.
Hazırda tərəflər arasında danışıqların hansı mərhələdə olduğu tam açıqlanmasa da, yaxın günlərdə məsələyə daha çox aydınlıq gələcəyi gözlənilir.