“Elvin Cəfərquliyev qayıtdı” - Qurban Qurbanov
İdman
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri" üzərində qazanılan qələbədən sonra keçirilən mətbuat konfransında Elvin Cəfərquliyev barədə açıqlama verib.
News24.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunun komandaya qayıtdığını bildirib:
"Komandaya qayıtdı. Bəzi görüşlər oldu. Hər halda qanunlara hamımız əməl etməliyik. Lazım olanda sərt reaksiyalar verməliyik. Onunla görüşlərimiz oldu və komandaya qayıtdı".